16 noyabr 2019-cu il tarixində Hədəf Stem liseyində növbəti bir təlim-treninq - “Hədəfdə Stem-3” baş tutdu. Stem Junior, Stem İCT, Humanitar blok, Xarici dil bloku və Stem Nature adları altında qruplaşdırılmış təlimlərdə istər Bakıdan, istərsə də müxtəlif rayonlarından təlimlərimizə qoşulmuş müəllim heyəti iştirak etdi.
Təlimlərdə müasir dövrdə təhsil sahəsində ən çox tətbiq edilən yanaşmalardan biri olan STEM sahəsində təcrübələr bölüşülmüş, fənlərin inteqrasiyası və konstruktiv təhsil nəzəriyyəsinə əsaslanan təlim modelləri təqdim edilmişdir. Liseyin direktoru Şəmil Sadiqin “Hədəfsayağı Stem” adlı məruzəsinin ardından Stemim Mərkəzinin və layihənin rəhbəri Fatimə Mürşüdovanın məruzəsi dinlənildi. Məruzələrin ardından təlim iştirakçıları müxtəlif fənn blokları üzrə təşkil olunan model dərslərdə iştirak etdilər. Təlim-treninqlərin sonunda iştirakçılar və təlimçilərə sertifikatları təqdim edildi. [gallery ids="30966,30961,30962,30963,30964,30965,30967,30968,30969,30970,30971,30972,30973"]
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür