Dekabrın 11-i saat 11:00-da Bakı, Sumqayıt, Şəmkir və Xırdalan şəhərlərində təşkil olunacaq "Fənlərin Dostluğu Olimpiadası”nın VII bilik yarışması ilə bağlı təşkilati və texniki məsələlərin yekun müzakirəsi məqsədi ilə "Hədəf" nəşrlər evinin nümayəndələri Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda olublar.
"Hədəf" nəşrlər evinin direktoru Şəmil Sadiq və qurumun təmsilçiləri Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Fondun əməkdaşları ilə görüşüblər. Görüşdə olimpiadanın daha uğurlu alınması istiqəmətində təkliflər səsləndiriblər. Bilik Fondunun olimpiadanın keçirildiyi şəhərlər sırasına Şəmkir şəhərinin salınması təklifi məmuniyyətlə qəbul olunub.
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilən olimpiadanın məqsədi fənlərarası əlaqəni möhkəmləndirmək, fənlərin bir-biri ilə bağlılığını şagirdlərə aşılamaq və bu inteqrasiyanın köməyindən istifadə edərək xüsusi istedada malik olan şagirdləri müəyyənləşdirib gələcək fəaliyyətlərində stimul yaratmaqdır.
Olimpiada ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan 9-cu, 10-cu və 11-ci sinif şagirdləri arasında keçiriləcək. Bir mərhələdə keçirilməsi nəzərdə tutulan Olimpiadada şagirdlər 2 saat müddətində 50 sualı cavablandıracaqlar. Olimpiadada şagirdlərin iştirakı ödənişsizdir. Olimpiadanın rəsmi elektron ünvanı www.inteqrasiya.az saytında şagirdlər onlayn qeydiyyatdan keçməklə iştirak edə biləcəklər.
“Fənlərin dostluğu Olimpiadası”nda iştirak edəcək şagirdlər və onların təhsil aldığı məktəblər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. Olimpiada Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondu, Azərbaycan Universiteti və Hədəf Kurslarının birgə təşkilatçılığı ilə baş tutacaq. Olimpiadanın dəstəkçiləri Modika Hospital, Nizami Kino Mərkəzi, Altun Kitab, Yes Travel, Kitabevim.az kitab mağazaları şəbəkəsidir.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür