“Hədəf Nəşrləri” “Balabilgə” uşaq seriyası kitabları üçün müəllif tenderi elan edir.
Senet.az xəbər verir ki, tender müasir tərzdə uşaq ədəbiyyatının yaradılması, yeni və milli uşaq xarakterlərinin meydana çıxması, yerli müəlliflərə stimul verilməsi və s. məqsədləri özündə ehtiva edir.
İlk layihə – 10 kitabdan ibarət silsilə “Bilgənin macəraları” adlanacaq.
Silsiləyə aşağıdakı kitablar daxildir:
1. Həkim Bilgə
2. Mühəndis Bilgə
3. Müəllim Bilgə
4. Prezident Bilgə
5. Biznesmen Bilgə
6. Səyyah Bilgə
7. Polis Bilgə
8. Proqramçı Bilgə
9. General Bilgə
10. Rejissor Bilgə
İlkin mərhələdə iddiaçı müəlliflərlə görüş keçiriləcək, silsilənin konsepti ətraflı izah olunacaq, bir kitabın yazılması üçün vaxt veriləcək.
İkinci mərhələdə artıq yazılan hekayələrə nəşriyyat tərəfindən yaradılmış komissiya üzvləri baxacaq, ümumi rəylər verəcəklər.
Üçüncü mərhələdə qalib elan olunacaq və onunla növbəti 9 kitabın yazılması üçün müqavilə bağlanacaq.
Müraciətçilər aşağıdakı anket formasını doldurmalıdırlar:
http://bit.ly/balabilge_tender
Anket formasını göndərmək üçün son tarix: 20.04.2021.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür