senetaz

Həsən Əliyev 80 D

09 Oktyabr 2024 1766

"Hədəf Nəşrləri"nin 15 illik yubileyi qeyd olundu

"Hədəf Nəşrləri"nin 15 illik yubileyi qeyd olundu

X Bakı Beynəlxalq Kitab Sərgisinin tədbirlər planı çərçivəsində "Hədəf Nəşrləri"nin 15 illik yubileyi qeyd olunub.

Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəsmiləri, Hədəf Şirkətlər Qrupu idarə heyəti, naşirlər, müəlliflər və oxucular iştirak edib.

Tədbir Hədəf Şirkətlər Qrupunun himni ilə açıq elan edilib. "Hədəf Nəşrləri"nin direktoru Nərmin Səlimova nəşriyyatın tarixi və fəaliyyət istiqamətləri haqqında çıxış edib.

"Hədəf Nəşrləri"nin qurucusu və nəşriyyatın çap olunan ilk metodik vəsaitinin müəllifi Şəmil Sadiq çıxış edərək nəşriyyatın qurulması, Azərbaycan təhsili və mədəniyyətinə kitabla göstərdiyi xidmət, fəaliyyətindəki başlıca məqsəd və prinsiplər haqqında fikirlərini bildirib. Nəşriyyat komandasına, müəlliflərə və bütün oxuculara təbrikini çatdırıb.

"Hədəf Nəşrləri"nin tarixi və fəaliyyətindən bəhs edən videoçarx təqdim olunub.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, şöbə əməkdaşı Xəyal Məmmədov, “Altun Kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov, “Qədim Qala” nəşriyyatının direktoru Şöhlət İxtiyaroğlu, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar çıxış edərək nəşriyyat kollektivinə təbrikini çatdırıb və gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Tədbirdə, həmçinin "Hədəf Nəşrləri"nin rəsmi satış təmsilçisi “Sinkod Yayın və Dağıtım şirkəti”, əməkdaşlıq etdiyi “Kitabevim.az” rəhbərliyi və nəşriyyatın ilk müəllifləri iştirak edib.

Kitabçılığın inkişafında töhfə və xidmətləri olan tədbir iştirakçıları "Hədəf-15" döş nişanı ilə təltif olunub.

Hədəf STEAM Liseyi balabilgələrinin ifasında hazırlanan səhnəcik təqdim edilib.

Sonda yubiley münasibətilə keçirilən lotereyanın qalibləri elan olunub.