senetaz

Həsən Əliyev 80 D

15 İyul 2021 211

“Hədəf Nəşrləri"nin kollektivi Polad Həşimovun məzarını ziyarət edib - Foto

“Hədəf Nəşrləri"nin kollektivi Polad Həşimovun məzarını ziyarət edib - Foto

polad heshimov-ziyaret1   İyulun 14-ü “Hədəf Nəşrləri”nin kollektivi şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun və şəhid Milli Qəhrəman, polkovnik İlqar Mirzəyevin məzarlarını ziyarət edib. 525.az “Hədəf Nəşrləri”nə istinadən xəbər verir ki, iyulun 14-ü generalın anım günü olduğundan II Fəxri xiyabanda izdiham yaşanıb. Nəşriyyatın kollkektivi milli qəhrəmanlar - general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və Tovuz döyüşlərində, eləcə də Vətən müharibəsində şəhid olmuş hərbçilərin məzarlarını ziyarət edib, öz ürək sözlərini səsləndiriblər. Qeyd edək ki, ziyarətdə iştirak edənlər arasında Polad Həşimovun, İlqar Mirzəyevin ailə üzvləri, Müdafiə Nazirliyinin əməkdaşları, tanınmış şəxslər, media təmsilçiləri, Vətən müharibəsinin iştirakçıları, eləcə də ictimaiyyət nümayəndələri olub. Xatırladaq ki, ötən ilin avqustunda “Hədəf Nəşrləri”nin “Xatirə ədəbiyyatı” silsiləsində “General Polad Həşimov xatirələrdə” kitabı işıq üzü görüb. Kitabın ilk iki min tirajı şahidin ailəsinə, müxtəlif dövlət qurumları, jurnalistlər və ictimaiyyət nümayəndələrinə pulsuz paylanıb. polad heshimov-ziyaret2   polad heshimov-ziyaret3   polad heshimov-ziyaret4   polad heshimov-ziyaret5   polad heshimov-ziyaret6   polad heshimov-ziyaret7   polad heshimov-ziyaret8   polad heshimov-ziyaret9   polad heshimov-ziyaret10