Hədəf Şirkətlər Qrupu şəhid ailələrinin və qazilərin övladlarına xüsusi güzəştlər tətbiq edib. Bu barədə şirkətin baş direktoru, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq açıqlama verib. Ş.Sadiq bu qərarını şirkətdaxili müvafiq əmri ilə təsdiqləyib. Hədəf Şirkətlər Qrupu ƏMR № 120 Bakı şəhəri, 20 noyabr 2020-ci il Azərbaycan Respublikası Prezidentinin komandanlığı ilə aparılmış Vətən müharibəsində iştirak edib, ölkəmizə qələbə sevinci yaşadan şəhidlərimizin əziz xatirəsini və qazilərimizin adını uca tutmaq və onlara ən yüksək dəyəri verdiyimizi bəyan edərək minnətdarlığımızı bildirmək məqsədi ilə ƏMR EDİRƏM
Hədəf Kurslarında: A) Şəhid övladlarına 100% güzəşt; B) Qazi övladlarına 50% güzəşt; Hədəf Liseyində: A) Şəhid övladlarına 60% güzəşt; B) Qazi övladlarına 30% güzəşt edilsin. Bu prinsip bütün sınaq imtahanlarına da şamil edilsin.
Hazırda təhsil alan şəxslərə də şamil edilməklə əmr imzalandığı gündən qüvvəyə minsin, xüsusi çərçivələrdə filialların girişində asılsın. Hədəf Şirkətlər Qrupunun baş direktoru: f.ü.f.d. Şəmil Sadiq
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür