7-10 noyabr tarixlərində İstanbulda 34-cü beynəlxalq kitab sərgi-yarmarkası keçiriləcək. Sərgidə Hədəf və “XAN” nəşrlərinin nümayəndə heyəti də iştirak edir. Burada nəşriyyatın müxtəlif adda kitabları nümayiş olunacaq. Həmçinin XAN nəşrlərinin Mədəniyyət və Turizm Nazirliyi ilə ortaq layihəsi olan “Yazıçılarımızı dünyaya tanıdaq” adlı kitab dəsti də sərgi iştirakçılarına təqdim ediləcək. Qeyd edək ki, 34 il müddətdə uğurla fəaliyyət göstərən sərgidə Avropanın ən böyük ölkələrinin dövlət və özəl nəşriyyatları ilə yanaşı Amerika, Kanada, Yaponiya, Çin, Koreya, Səudiyyə Ərəbistanı, Hindistan və s.-dən 500-ə yaxın təşkilat iştirak edir. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və ölkə nəşriyyatlarının nümayəndələri ənənəvi olaraq hər il bu sərgidə xüsusi ekspozisiya ilə təmsil olunur. Cari ildə də nazirliyin iştirakı ilə əlaqədar olaraq 50 kv.m. sahə icarəyə götürülmüşdür.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür