senetaz

Həsən Əliyev 80 D

07 Noyabr 2020 394

Həkim və yaralı əsgərin dialoqu! - Aynurə Hidayətqızının yazısı

Həkim və yaralı əsgərin dialoqu! - Aynurə Hidayətqızının yazısı

Снимок

Senet.az oxucularına Dr. Aynurə Hidayətqızının "Həkim və yaralı əsgərin dialoqu" yazısını təqdim edir.

Həkim yanıram mənə su ver, Yaran dərindir əsgər, Qurban olum azca səbr et. Onda mənə telefon ver həkim Anama zəng edim,yox yox! İstəmirəm anam təkdir, Eşidər saçı ağarar,ayağı tutular... Qulluğunda kim durar? Həkim mənə bacı ol Qulluq elə tez sağalt, Məni qələbəylə Vətən gözləyir! Bax həkim bayrağım nə gözəldir Heç qatı yox sanki indi ütülənib. Bəs rəngləri? Gör üstündə qan ləkəsi varmı heç? Biz igidik həkim bacı! Biz düşmənin qanını, Öz bayrağımıza tökmərik! Məni tez sağalt əziz bacım Məni dostum gözləyir.... Birdən yaralanar Onu sənə kim çatdırar? Azca da səbr et,sağalırsan Bax çöldəki gələn səsə Heç eşidirsən? Qələbə səsidir, ARTIQ QARABAĞ BİZİMDİR!

P.S. Yazılarımın hər biri gündəlik  rastlaşdıqlarıma uyğun olaraq öz qələmimlə yazılıb.