Oktyabrın 4-ü, saat 15:00-da Kitabevim.az kitab marketində Azərbaycanın Polşadakı Səlahiyyətli səfiri, tanınmış ictimai-siyasi xadim, tarix elmləri doktoru Həsən Həsənovun “Qız Qalası” kitabının müzakirəsi keçiriləcək. Tədbirdə Həsən Həsənov məruzə ilə çıxış edəcək, daha sonra oxucuların suallarını cavablandıracaq.
Qeyd edək ki, “Qız Qalası” kitabı İçərişəhərdə yerləşən abidələrin, eləcə də Bakının simvolu olan Qız qalasının tarixi simasının qorunub saxlanması və gələcək nəsillərə çatdırılması məqsədilə qələmə alınıb. 400 səhifədən ibarət iki mövzuya həsr edilən bu kitabda Bakı şəhərinin yaranma tarixi və Qız qalası haqqında geniş məlumatlar yer alıb. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sifarişi ilə nəşr edilən bu kitabın elmi redaktoru mərhum akademik Rasim Əfəndiyevdir. Tədbirə giriş sərbəstdir. 
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür