Tərcümə edən: Səma Fuadqızı Biz adətən ərik , şaftalı, manqo, avokado və digər iritumlu meyvələrin çəyirdəkləri yeməli olmadığından qida qəbulu zamanı onları çıxarıb atırıq. Lakin Çində Sun sülaləsi (960-1279) dövründə yaşasaydıq onlar bizi israfçı adlandırardılar. Çünki , bu “tullantı” möhtəşəm incəsənət əsərinə çevrilə bilər. Xaydaonun tarixi Çində əski vaxtlardan müasir zamana qədər gəlib çatan “Xaydao” adlı ənənəvi incəsənət növü mövcuddur. O, Çində Sun sülaləsi dövründə (960-1279) yaranıb. Xaydao meyvə çəyirdəyindən hazırlanan heykəlciklər, bəzək əşyalardır. “Xaydao” çiçəklənmə dövrünü Min sülaləsi dövründə (1368-1644) yaşayıb. Bu dövrdə bəzək əşyaları yuxarı təbəqə arasında geniş yayılmışdı. İstənilən yüksək rütbəli şəxs bəzək və zinət əşyalarına malik idi. Çində şaftalı uzunömürlülüyün, qurtuluş, sağlamlıq və zənginliyinrəmzi olduğundan əsasən onun çəyirdəyindən heykəlciklər, bəzək əşyaları hazırlanırdı. Hazırlanması İşə başlamazdan əvvəl usta rəsmi ən kiçik detallarınadək çəyirdək üzərində sxemini çəkir, daha sonra oymağa başlayır. Hər bir incəsənət növündə olduğu kimi , oyma sənətində də təcrübə böyük rol oynayır, amma əsas heykəltaraş və ya rəssamın istedadıdır. Xaydaonun hazırlanması ustadından zərgər dəqiqliyi və professionallıq tələb edir, çünki çəyirdəyin ölçüsü balaca olduğundan onun üzərində hazırlanan heykəlciyin də detalları kiçik və zərif alınır. Şaftalının çəyirdəyi iki əsas hissədən ibarətdir: sərt ağacvari xarici hissə və daxili-sianid toxum olan hissə. Oyulan hissə olan qabıq adətən assimetrik formada olur.Onun oyulması üçün müxtəlif alətlərdən : bütün növ bıçaqlar, iskənə və ərsindən istifadə olunur. Müasir zamanda bir çox oymaçılar miniatür detalların hazırlanmasında elektrik alətlərdən də istifadə edirlər. Xaydao haqqında maraqlı faktlar
Artıq xaydao incəsənəti dünyanın dörd bir tərəfinə yayılıb. Demək olar ki, bütün ölkələrin oyma sənətində bu qədim incəsənət növünün üsullarından yararlanırlar. Ustalar şatalı çəyirdəyi ilə yanaşı, ərik, qoz, manqo, avokado və digər meyvələrin çəyirdəklərindən də istifadə edirlər. Müasir zamanda meyvələr nəinki öz fəsillərində yetişir , hətta onları ilin on iki ayında da tapmaq və almaq mümkündür. Buna görə də arzu edən hər kəs oyma sənətini öyrənə bilər, bunun üçün sadəcə qətiyyət, səbr, əməksevərlik, fantaziya və təbii ki istedadlazımdır.
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür
Xalq rəssamı Toğrul Nərimanbəyovun anadan olmasından 95 il ötür
Fransa Müasir İncəsənət Ensiklopediyasına düşən yeganə azərbaycanlı - Cavid Qədir yazır
Xalq rəssamı Tahir Salahovun anım günüdür
Xalq rəssamı Rafiz İsmayılov vəfat edib
Onun əsərləri vətənə məhəbbət duyğusu təlqin edir
Xocalı faciəsinin təsviri sənətdə ifadəsi
Azərbaycanın ilk ali təhsilli rəssamı - Bəhruz Kəngərli
Muzey Mərkəzində İsa Məmmədovun “Bakının peyzajları” sərgisi açılacaq