Azərbaycan ziyalısının və yazıçısının Holland sindromu
Və adım kimi əminəm, savadlılarımızın bir qüsuru var: Cəsarətsizlik. 2015-ci il mart ayının 18-də belə ədəbi yükü arxaları ilə sürüyən 60-cıların özlərindən 5-il qabaq kağız üzərinə pambıq tarlalarının qoxusunu yayan yazarlardan fərqi bircə onda idi ki, onlar sosialist ideologiyasının hakim olduğu bir ölkədə əsərlərini sosialist realizmi metodundan təcrid etmişdilər, hətta ona qarşı qoya bilmişdilər.
Anarın Dantenin yubileyinə dəvəti ilə aldadılıb çox pərt, gülünc vəziyyətə düşdükdən sonra arvadı Həcəri yanlız metro möcüzəsi ilə təəccübləndirməyə gücü çatan Feyzulla Kəbirlinskisi bütün cəsarətini və iradəsini toplayaraq: “Bəli, görürsən, bu da yeriyən pilləkən…” deyə bilir. Bu qəhrəman Mirzə Cəlilin Novruzəlisinin yeni forma da, amma köhnə məzmunda təzahürü idi. Fikir vermisinizsə, bir çox yazarlarımız nədənsə Novruzəliyə, Feyzullaya bənzəyir. Və çoxları o obrazda, yəqin ki, özünü görür. Əgər 110 il əvvəlin kəndli Novruzəlisi poçtxananı və onun mahiyyətini bilmirdisə, indiki savadlılarımız eyni təyinatlı vasitənin xələfini tanımır.
Azərbaycan yazıçısı siyasi gücün kənizi olduğu məqamda cılızlaşır. “Qətl günü”ndə yazarlar istilaçı şahdan qalalarındakı şairin başını istəmişdi. ƏN TƏHLÜKƏLİ VARLIQ cəsarətsiz yazardır.
Milyon illər keçəcək, ayfon 150 modelini insanlar bəyənməyəcək. Deməli, texnologiyalar dəyişsə də, insanın xisləti dəyişməyəcək. Son qənaət budur: axıra qədər əclaf, yaxud mükəmməl insan yoxdur. Sosial insan anası tərəfindən deyil, mübarizədə, həyatda, ağır və dözülməz sınaqlar
qarşısında doğulur. Ədəbiyyat ekstremal vəziyyətdə insanın davranışlarının alqoritmlərini meydana gətirməyi bacarmalıdır.
P.S.Bizim bir çox məlumatlılarımız indi həm də “Holland sindromuna” mübtəla olublar.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür