Müxtəlif platforma və sosial şəbəkələrdə yayımlanan “Hörümçək adam: Geriyə yol yoxdur” filminin treyleri 24 saat ərzində 355,5 milyon baxış sayı qazanaraq rekord vurub.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “Deadline” nəşri məlumat yayıb.
Bildirilib ki, əvvəlki rekord 289 milyon baxış sayı ilə “Qisasçılar: Final” filminə məxsus olub.
“Hörümçək adam” filminin əvvəlki hissəsi olan “Hörümçək adam: Evdən uzaqlarda” ekran əsəri sutka ərzində 135 milyon baxış sayı əldə etmişdi. Budəfəki hissə dekabrın 17-də ABŞ-da ekranlara çıxacaq. Bu film koronavirus pandemiyası yarandığı gündən kinoteatrlarda nümayiş olunacaq ilk bloqbaster sayılır.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür