Noyabrın 1-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında I Beynəlxalq TÜRKSOY Teatr Festivalının açılış mərasimi olub.
Senet.az xəbər verir ki, festival Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileyləri münasibətilə gerçəkləşir.
Açılış mərasimində çıxış edən mədəniyyət naziri Adil Kərimli Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsindən sonra bir çox silsilə tədbirlərin keçirildiyini bildirib. Onun sözlərinə görə, bu gün işə başlayan I Beynəlxalq TÜRKSOY Teatr Festivalı da bu silsilənin davamıdır.
Nazir qarşıdakı illərdə də davamlı olaraq Türk dünyasında bu festivalın təşkil ediləcəyinə inamını ifadə edib.
TÜRKSOY-un Baş katibi Sultan Raev festivalın əhəmiyyətindən söz açıb. Qeyd edib ki, bu festival altı fərqli türk dövlətini və onların sənətçilərini bir araya gətirib.
“Festivalın əsas məqsədi bir- birimizi daha da yaxından tanımaq və incəsənətimizi daha da inkişaf etdirməkdir. Teatr sənəti bunu yaşadır və gələcək nəsillərə ötürür”, - deyə Baş katib vurğulayıb.
“Şuşa İli” ilə əlaqədar “Rəsm saatı” təşkil olunub
“Art-terapiya” dərsləri yenidən başladı
Osmanlı sultanlarının portretləri satışa çıxarılacaq
“Qələbə hünəri” sərgisinə əsər qəbulu davam edir
Tanınmış rəssam əsərini Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə edib
Pikassonun 9 əsəri Fransa hökumətinə bağışlanacaq
Riyaziyyatçılar Van Qoqun yaradıcılıq uğurlarının səbəbini tapıblar
“Mənim düşüncəm-2021” müsabiqəsi davam edir
Turnerin rəsm əsəri təxminən 200 il sonra ilk dəfə sərgilənəcək
“Özünü kəşf et” adlı ustad dərsləri davam edir