Yanvarın 25-də “Arts Council Azerbaijan” təşkilatının təşəbbüsü ilə “Art Tover” qalereyasında ilin ilk rəsm sərgisi açılacaq. “Start” layihəsi çərçivəsində təşkil olunacaq sərgi Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Gənclər Şəbəkəsinin dəstəyi ilə gerçəkləşəcək.
Bu barədə Senet.az-a “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib.
“Gənc və həvəskar rəssamların inkişafı üçün nəzərdə tutulan qrup sərgisinin kuratoru Natalya Yarkovayadır. Sərgidə fırça ustalarının fərqli üslubda və texnikada işlənən sənət əsərləri- rəngkarlıq, qobelen və heykəltəraşlıq nümunələri nümayiş ediləcək. Müxtəlif sənət əsərlərinin yer alacağı sərgi iki gün davam edəcək. İştirak etmək istəyənlər əsərlərini indidən sergi@artscouncil.az elektron ünvanına göndərə bilərlər. Sərginin təşkilində məqsəd gənc nəslin incəsənətə olan marağını artırmaq, Azərbaycan rəssamlarını tanıyıb və tanıtdırmaqdır”, - deyə D. Məmmədov vurğulayıb.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür