
Azərbaycanın gənc və istedadlı rəssamı Zöhrab Salamzadənin İçərişəhərdə yerləşən “Art Tower” qalereyasında “Sirlərin ahəngi” adlı sərgisi açılacaq.
Senet.az xəbər verir ki, noyabrın 19-na planlaşdırılan sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan”nın təşkilatçılığı ilə reallaşacaq.
“Çəkdiyim rəsmlərimin mövzularını tarixdən və dindən götürürəm. Sufizm- İslam sirləri ilə əhatə olunmuş mistik bir prosesdir. Dinə nə qədər çox qarışsam, kətan üzərində işləməyə daha maraqlı mövzular tapıram. Rəsmlərdə ən çox təsvir etdiyim bir neçə mövzu var. Bu köhnə şəhərdir-onsuz mən varlığımı təsəvvür eləmirəm, cinlərdir-bizimlə paralel olaraq yaşayırlar hansı ki, insanlar onları ciddiyə almır ,hörmətsiz münasibət bəsləyirlər baxmayaraq ki, onlar da bizim kimi eyni hüquqludurlar və bütün bunları bir yerə qoyan, birləşdirən dərvişlərdir. Onların fəlsəfəsi həyat və sevgidir hansı ki, dünyada əsrlər boyu mövcud olmuş, mədəniyyətimizə və dünyagörüşümüzə əhəmiyyətli dərəcədə təsir etmişdir. “Sirlərin ahəngi ”sərgisində mən məhz dərvişlərin bu ahəngə uyğunlaşmasını göstərmək istəyirəm. Sülh və sevgi isə onların təbliğ etdikləri əsas ünsürlərdir”, - deyə rəssam söyləyib.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür