Kinoaktyor Ruslan Sabirlinin təşəbbüsü əsasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi, Beynəlxalq Muğam Mərkəzinin tərəfdaşlığı ilə keçirilən “Kitabı tanıdın, kitabla tanının” sloqanlı ikinci buktreyler festivalının münsiflər heyəti buktreylerlərin qiymətləndirilməsinə yekun vurub. Təşkilat Komitəsi səslərin hesablanmasına başlayıb.
Senet.az xəbər verir ki, qaliblər aprelin 21-də Beynəlxalq Muğam Mərkəzində ziyalıların, tanınmış simaların iştirak edəcəyi mükafatlandırma mərasimində elan olunacaq.
Festivalın məqsədi kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.
Festivalın obyektiv keçirilməsi məqsədilə buktreylerlər hər bir münsif üzvü tərəfindən ayrılıqda qiymətləndirilib.
Qeyd edək ki, festivalda birinci (2 nəfər), ikinci (2 nəfər) və üçüncü (3 nəfər) yerin qaliblərinə hərəsinə müvafiq olaraq 1000, 800 və 500 manat pul mükafatı veriləcək.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür