senetaz

Həsən Əliyev 80 D

24 Dekabr 2015 358

İlqar Fəhminin imza mərasimi keçirildi

İlqar Fəhminin imza mərasimi keçirildi

Picture23Kitabevim.az kitab mağazasında Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı  İlqar Fəhminin “XAN” nəşriyyatında işıq üzü görmüş külliyyatından “Son reportaj”, “Nostalji”, “Sən kimsən Səfəvi?” və “Bu gündən dünənə” adlı ilk 4 kitabı oxuculara təqdim olunub. Tədbiri giriş sözü ilə f.ü.f.d. dos, Şəmil Sadiq açıb. O, qonaqları salamladıqdan sonra İlqar Fəhmi yaradıcılığından söz açıb. Şəmil Sadiq bildirib ki, yazarın əsərləri çox şaxəlidir. İlqar Fəhmi həm klassik, həm modern, həm də postmodern üslubda gəzişmələr edərək, çox gözəl əsərlər yarada bilir. Daha sonra çıxış edən İlqar Fəhmi çoxcildliyi haqqında tədbir iştirakçılarına məlumat verdi. O, kitabın çap olunmasında köməklik göstərdiyinə görə naşir Müşfiq XANa öz təşəkkürünü bildirib: “Məni həmişə qorxudurdular ki, nə yazsan 40 yaşına qədər yazacaqsan. Ondan sonra yazmaq çətinləşir. Ancaq mənim fikrimcə bundan sonra məndə ikinci nəfəs açılacaq. Ona görə də istədim ki, bu yaşa qədər yazdıqlarımı sistemləşdirib bir silsilə halına gətirim. Artıq ilk dörd kitab çapdan çıxıb. Növbəti dördlük də – "Kinoromanlar” , “Telepyeslər” , “Ssenarilər toplusu”  və “Bakı tarixindən kollaj” çapa hazırlanır”. Aydın Xan Əbilov, Kənan Hacı, Qəşəm Nəcəfzadə və digərləri də çıxış edərək İlqar Fəhminin əsərləri barəsində öz fikirlərini bildiriblər. Sonda müəllif oxucular üçün kitablarını imzalayıb. Kitabevim.az-ın xatirə dəftərinə öz qeydlərini yazıb.     Picture12                                 Picture9       Picture8       Picture5       Picture3       Picture2       Picture1       Picture4       Picture11       Picture7       Picture6       Picture22     Picture25     Picture24     Picture23       Picture21       Picture20       Picture19       Picture18       Picture17       Picture16     Picture15       Picture14       Picture13