senetaz

Həsən Əliyev 80 D

19 Dekabr 2015 259

İlqar Fəhminin kitablarının təqdimat mərasimi keçiriləcək

İlqar Fəhminin kitablarının təqdimat mərasimi keçiriləcək

ilqarfehmiDekabrın 23-ü, saat 17:00-da Kitabevim.az kitab mağazasında Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı  İlqar Fəhminin “XAN” nəşriyyatında işıq üzü görmüş külliyyatından "Son reportaj", "Nostalji", "Sən kimsən Səfəvi?" və "Bu gündən dünənə" adlı ilk 4 kitabının təqdimat mərasimi keçiriləcək. Mərasimdə KİV nümayəndələrinin, yazarın qələm dostlarının və ictimai-siyasi xadimlərin iştirakı gözlənilir. Tədbirin sonunda müəllif oxucuları üçün kitabları imzalayacaq. Qeyd edək ki,  “XAN” nəşriyyatında İlqar Fəhminin 12 cildlik külliyyatından daha 4 kitab “Kinoromanlar” , “Telepyeslər” , “Ssenarilər toplusu”  və “Bakı tarixindən kollaj” çapa hazırlanır.       ilqar fehmi 1       ilqar fehmi 3       ilqar fehmi 2       ilqar fehmi 1