Tədqiqatçı Qənirə Əmiraslanovanın “İlyas Əfəndiyevin yaradıcılığında tarixilik və müasirlik” monoqrafiyası çap olunub.
Senet.az xəbər verir ki, əsər Xalq yazıçısının anadan olmasının 110 illiyinə həsr edib.
İrihəcmli tədqiqat əsərinin elmi redaktoru və “Ön söz”ünün müəllifi professor Təyyar Salamoğludur. O, Qənirə Əmiraslanovanın analitik elmi düşüncə imkanlarını önə çəkərək yazır ki, monoqrafiyada yazıçının həm roman və povestlərində, həm də dramaturgiyasında mənəvi-əxlaqi problemlərin bədii ifadəsinə, məhəbbət süjetlərinə ayrılan yeri doğru olaraq tarixi şəraitlə bilavasitə əlaqələndirilir. Müəllif bu istiqamətdəki əsərləri ötən əsrin 50-ci illərin ortalarından sonra ədəbiyyatımızda formalaşan yeni keyfiyyət mərhələsinin səciyyəvi əlamətlərini özündə daşıyan yaradıcılıq faktları kimi dəyərləndirir.
Monoqrafiyada böyük ədibin yaradıcılığı ilk hekayəsindən son əsərinəcən tədqiq edilib və İlyas Əfəndiyevin Azərbaycan ədəbiyyatının inkişafındakı rolu yüksək qiymətləndirilib.
Monoqrafiyanın rəyçiləri professor Sara Osmanlı və dosent Razim Məmmədovdur.
Muzey Mərkəzində İsa Məmmədovun “Bakının peyzajları” sərgisi açılacaq
Karavacconun şah əsəri ilk dəfə Romada sərgilənir
Londonda Van Qoqun əsərlərinə şorba atılıb
Azərbaycanlı rəssamların əsərləri Antalyada sərgilənir
Londonda dayanacaqda tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb
"Azərbaycanın hər guşəsi ilham mənbəyidir" - Meltem Buyuran
"Dante və Vergili cəhənnəmdə" - Müsahibə
Bakıda səfirlərin xanımları Ebru sənəti ilə tanış olublar
Rafaelin yeni tapılan əsəri sərgiyə çıxarılacaq
Bakıda “Rəssamların döyüşü” olub