İspaniyanın Soria şəhərində 18-ci beynəlxalq qısametrajlı filmlər festivalı keçirilib. Kinorejissorlar Xəyyam Abdullayev və Elməddin Əliyevin "İşıq gələn tərəf" filmi "Sosial mövzuda ən yaxşı qısametrajlı film" nominasiyasında birinci yerə layiq görülüb.
Senet.az saytı AZƏRTAC-a istinadən xəbər verir ki, neftlə zəngin Bakıda bir ailənin həyatından bəhs edən film 2015-ci ildə çəkilib və Avropada bir sıra festivallarda nümayiş olunub. "İşıq gələn tərəf" filmi Parisdə keçirilən festivalda isə xüsusi mükafata layiq görülüb.
İspaniyada keçirilən festivalda 20 ölkədən 60 qısametrajlı film təqdim olunub. Festivalın əsas nominasiyasında ispaniyalı Xuanxo Ximenesin filmi qalib gəlib.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür