Gələn ilin may ayında İtaliyada keçiriləcək “Eurovision 2022“ mahnı müsabiqəsinə ev sahibliyi etmək üçün 17 şəhər müraciət edib. Senet.az xəbər verir ki, namizədlər arasında Boloniya, Genuya, Florensiya, Milan, Roma, Turin və Triest kimi region paytaxtları ilə yanaşı, Alessandriya, Matera, Pezaro, Rimini və Viterbo kimi kiçik əyalətlərin mərkəzi şəhərləri də var. Namizəd şəhərlərə öz təkliflərini təqdim etmək üçün tələb olunan detallı tələblər artıq göndərilib. Tələblər arasında təşkilatçı şəhərə ən yaxın beynəlxalq aeroportun maksimum 90 dəqiqəlik məsafədə olması, konsert arenasının 8-10 min tamaşaçı üçün nəzərdə tutulması və həmin məkanın azı doqquz həftə boyunca mahnı müsabiqəsinin sərəncamında olması, ətraf ərazilərdə ümumilikdə azı 2 min hotel otağının sifariş üçün sərəncamda olması kimi texniki detallar yer alır. RAİ dövlət televiziyası Avropa Yayım İttifaqı (EBU) ilə birlikdə avqust ayının sonunadək namizədlər arasında ən münasib şəhəri seçəcək.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür