17-19 yanvar tarixlərində Makedoniyada “Terrorizm, Miqrasiyalar, Köçkünlər-Mədəni Varlıqlar, İrs, İqtisadiyyat,Turizm və Media ilə Bağlı Müasir Çağırışlar” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Konfransın təşkilatçıları Makedoniya Sosial Mədəni Antropologiya İnstitutu, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi vəİnteqrasiya və Mədəniyyətlərarası Kommunikasiya Mərkəzidir.
Tədbirdə alimlər, fəlsəfə doktorları, tədqiqatçılar, anthropoloqlar/etnoloqlar, turizmçilər, media, arxeologiya, tarix, incəsənət, incəsənət tarixi, filologiya, ədəbiyyat, folklor, etno-musiqişünaslıq, memarlıq, muzeyşünaslıq, arxiv, audio-vizual sənətlər, informasiya elmləri/ texnologiya, coğrafiya, sosiologiya, psixologiya mözvzusunda çalışanlar iştirak edə bilərlər. Bunun üçün təqdim olunacaq məqalələr əsasən mədəni irs, iqtisadiyyat, turizm, media , mədəni identiklik, terrorizm, miqrasiya və qaçqınlar və s. mövzularını əhatə etməlidir.
Qeydiyyat yanvarın 9-u başa çatır. Məqalə tezisləri 14 dekabr 2015-ci il tarixinədək iscanth@gmail.com emailinə göndərilməlidir. Tezislərin qəbulu haqqında bildiriş 21 dekabrda göndəriləcək.
Məqalədə 300 sözdən ibarət olan ingilis dilində tezis olmalıdır.
Poster 500 sözlük tezisdən ibarət olmalıdır.
Məqalə müəllifinin adı və elmi dərəcəsi göstərilməlidir.
Qısa tərcümeyi halı (bir paraqrafdan artıq olmadan)
E-mail ünvanı, telefon və faks nömrəsi də qeyd olunmalıdır.
Posterlə iştirak edəcək şəxslər ingilis dilində 1 səhifəlik yazısını 50X75 ölçüsündə poster şəklində hazırlatmalıdır. Poster üçün ödəniş 30 Avrodur.
KONFRANSIN DİLİ
Konfrans iki dildə, Makedon və ingilis dillərində keçiriləcək.
SERTİFİKAT
Qeydiyyatdan keçmiş bütün iştirakçılara konfransın sonunda iştirak haqqında sertifikat təqdim olunacaq.
KONFRANS KİTABÇASI
Konfransa təqdim olunmuş tezislər kitabça şəklində nəşr olunacaq.
KEÇİRİLƏCƏK YER
Konfrans Makedoniyanın Ohrid şəhərində keçiriləcək ( dəqiq yer haqqında məlumat ən qısa zamanda veriləcək).
KONFRANS TARİXLƏRİ
Konfrans 17-19 yanvar 2016-cı ildə tarixlərində keçiriləcək.
17 yanvar tarixində “Mədəni İrs, Yerli İqtisadi İnkişaf, Turizm və Media arasında interdisiplinar əlaqələrə baxış” Konfransının məqalələr kitabı iştirakçılara təqdim olunacaq.
QEYDİYYAT
İki formada qeydiyyat xərcləri nəzərdə tutulub:
1) 130 Avro standart qeydiyyat haqqı
Standart qeydiyyat haqqı: 2 gecə qalma haqqı (səhər yeməyi daxil), qeydiyyat, konfrans materialları (tezislər kitabı), açılışda iştirak, günorta və axşam yeməkləri, yüngül yeməklər, konfrans məqalələr kitabı
2) 60 avro güzəştli qeydiyyat haqqı
Güzəştli qeydiyyat haqqı: Qeydiyyat, konfrans materialları (tezislər kitabı), açılışda iştirak, yüngül yeməklər və konfrans məqalələr kitabı
YERLƏŞMƏ
İştirakçıların qalma xərcləri iştirakçılar tərəfindən qarşılanacaq. Təşkilat komitəsi standart qeydiyyat haqqı (“Standard type”) ödəniş xərcini seçmiş iştirakçıların qalmaq xərcini qarşılayacaq. Bu haqda daha geniş bilgi iştirakçıların tezisi qəbul edildikdən sonra veriləcəkdir.
UÇUŞ
İştirakçılar öz uçuş biletlərini ödəyəcəkdir.
KONFRANSIN İNTERNET SƏHİFƏSİ:
http://iscanth.wix.com/conference
Konfransın saytı iştirakçı və dinləyicilər üçün mütəmadi olaraq yenilənəcəkdir.
ƏLAQƏ
Makedoniyanın Sosial Mədəni Antropologiya İnstitutu
Skopye, Makedoniya
e-mail: iscanth@gmail.com
Dr. Rubin Zemon – Proqram rəhbəri
zemon.rubin@gmail.com
Dr. Samoil Malcheski– Təşkilat Komitəsinin sədri
samoil.malcheski@gmail.com
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür