
İngiltərəli Villard Viqan düyü və qənddən iynə gözü həcmində kiçik heykəlciklər hazırlayır. O bu heykəlləri mikroskop vasitəsilə düzəldir, daha sonra milçəyin tükündən istifadə edərək onları rəngləyir.
Villard Viqanın dediyinə görə bir heykəlciyi hazırlamaq yarım aya başa gəlir. Bu cür heykəlləri hazırlamaq üçün insan möhkəm sinir sisteminə və möhkəm ələ sahib olmalıdır. Çünki adi bir yanlış hərəkət zəhmətinizi heçə çevirə bilər.
Villard qeyd edir ki, bu sənətlə məşğul olmağa 5 yaşından başlayıb : “Uşaqlıqda qarışqalar üçün ev hazırlayırdım. Düşünürdüm ki, onların da hardasa yaşamağa ehtiyacı var. Daha sonra onlar üçün ayaqqabı və papaq hazırladım. Beləcə, mənim mikro-heykəltaraş karyeram burdan başladı”.
Villard Viqanın sənət əsərlərini çoxları “dünyanın 8-ci möcüzəsi adlandırır.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür