Hər bölümünə ayrılıqda təxminən 2.4 milyon vəsait ayrılan Cənubi Koreya serialı “Kalmar oyunu”nun ümumi istehsalı 21.4 milyon dollara başa gəlib.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, dünyada 117 milyondan çox izləyici qazanan serialın “Netflix”ə 900 milyon dollar gəlir gətirəcəyi gözlənilir.
“Netflix”in 17 sentyabrda təqdimatına başladığı “Squid oyunu” serialı qısa müddətdə platformanın ən populyar yayımlarından biri olub.
Cənubi koreyalı rejissor və ssenarist Hvang Dong-hyukun çəkdiyi ekran əsəri bir dram serialıdır. Filmin konsepsiyasına görə, ailəsindən ayrılmış, borclu bir sürücü olan Seung Gi-hun böyük pul mükafatı qazanmaq üçün bir sıra uşaq oyunları oynamağa dəvət olunur. Təklifi qəbul edərək naməlum bir yerə aparılır və bir-birinə oxşar böyük borcları olan 455 digər oyunçu arasında özünü tapır. Oyunçular qırmızı kombinezonlu maskalı mühafizəçilər tərəfindən hər zaman nəzarət altında saxlanılır. Oyunçular tezliklə bu oyunlarda məğlubiyyətin ölümlə nəticələndiyini kəşf edirlər.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür