
“İlham Qəhrəman dəyərli şairimiz, mənim dostum, vətənimizin gözəl bir övladıdır. Onun şeirlərini çox bəyənirəm. “Laçınla Şuşanın söhbəti” şeirini də tez-tez səsləndirirəm. İnternetdə baxa bilərsiniz. Bizim bu məsələ ilə bağlı “facebook” sosial şəbəkəsində xüsusi bir söhbətimiz oldu. Danışdıq, həll etdik. Düşünürəm ki, bunu yenidən media vasitəsilə gündəmə gətirmək doğru deyil. İlham Qəhrəmandan bunu gözləməzdim. Həm ora şou proqram idi. Həm də bu şeirdə elə bir qlobal ideya, fikir yoxdur ki, ona görə məsələni belə şişirtsin. Düşünürəm ki, İlham Qəhrəman bundan sonra heç nə yazmasa da “Laçınla Şuşanın söhbəti” şeiri kifayətdir ki, onu böyük şair kimi qiymətləndirək”.
Bu sözləri Senet.az-a açıqlamasında Əməkdar artist, qiraətçi Ağalar Bayramov bildirib.
Qeyd edək ki, Şair İlham Qəhrəmanlı Ağalar Bayramovu plagiatda günahlandırıb. O, Ağalar Bayramovun “Kim ölə, kim qala” şeirini “Mənə bir az ondan danış” televiziya verlişində öz adından dediyini bildirib. İlham Qəhrəman bunun ilk dəfə olmadığını, aktyorun belə hallara tez-tez yol verdiyini bildirib.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür