2011-ci ildə 27 yaşında evində ölü tapılan müğənni Emi Uaynhausun həyatından bəhs edən sənədli film çəkilib. Rejissorluğunu Asif Kapadiyanın etdiyi “Amy” filminin 68-ci Kann Kinofestivalında premyerası olacağı gözlənilirdi.
Ancaq Emi Uaynhausun ailəsi bu filmdən narazı qaldıqlarını bildiriblər. Müğənninin atası Mitç Uaynhaus mətbuata açıqlamasında filminin həqiqətləri əks etdirmədiyini deyib: “Filmi izlədikdən sonra özümü çox pis hiss etdim. Qızıma heç qayğı göstərmədiyimi deyiblər. Ancaq bu heç vaxt belə olmayıb”.
Ailə filmin premyerasının təxirə salınması və onun ümumiyyətlə ekranlara çıxmaması üçün məhkəməyə müraciət ediblər.
Filmin istehsalçıları isə “Amy” sənədli filmini çəkmək üçün Emi Uaynhausu şəxsən tanıyan 100 adamla söhbət etdiklərini, filmin yalnız həqiqətləri göstərdiyini qeyd ediblər.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür