Bu bir sözdü ki, mən deyirəm və hər bir kəsin də ixtiyarı var, bu sözə nə cür istəyir baxsın. Bəzi adam deyə bilər ki, “bu nə bir əhəmiyyətli sözdü və bundan nə çıxsın?”. Amma elə bir kəs də tapılar ki, özgə cür deyər; deyər ki, “yox, bu sözün mənası var”.
Hər kəs nə cür istəyir başa düşsün, amma bu saat məndən ötrü hər bir məsələdən vacib, hər bir politika işlərindən, “Koreya məsələsi”ndən, rus və Almaniya padşahlarının görüşməyindən, İran və Osmanlı sərhəddinin vüquatından, Qaaqanın sülh konfransiyasından, İran və rus məşrutəsindən vacib və lazımlı məsələ “keçəllər” məsələsidir.
Yer üzündə üç yüz milyon müsəlman var, maşallah, hamısı keçəldi. Deyəsən başağrısı oldu. Cırcırama. “Molla Nəsrəddin”, 12 avqust, 1907, N 30.Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür