“Kitabi-Dədə Qorqud”un Vatikan nüsxəsi ilk dəfə transliterasiya ilə işıq üzü görüb. Senet.az-ın məlumatına görə, “XAN” Nəşriyyatının “Milli ədəbiyyat” silsiləsində çap olunan, “Hekayəti-Oğuznameyi-Qazan bəg və ğəyri” adlanan bu nüsxə İtaliyanın Vatikan kitabxanasında qorunan, XVI əsrin birinci yarısında üzü köçürülən, bir müqəddimə, altı boydan ibarət nüsxədir. Abidəni transliterasiya edən, önsöz, qeydlər və şərhlərin müəllifi filologiya elmləri doktoru, professor Tərlan Quliyev, elmi redaktoru filologiya elmləri doktoru, professor Füzuli Bayat, naşiri filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqdir. Kitab Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Elmi Şurasının qərarı əsasında çap olunub.
Tezliklə nəşrin təqdimatı da baş tutacaq.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür