Oktyabrın 29-da Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Zəfər Günü” münasibətilə “Zəfərin mübarək, Azərbaycan” adlı tədbir təşkil olunub. Əvvəlcə tədbir iştirakçılar İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər. Sonra tədbir kitabxanada davam etdirilib.
Kitabxanadan Senet.az–a bildirilib ki, tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Kitabxananın direktoru Aslan Cəfərov İkinci Qarabağ müharibəsinin başlanmasından, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı Qələbədən danışıb. Şöbə müdiri Günay Həsənova kitabxananın sosial şəbəkələrdə vətənpərvərlik mövzusunda fəaliyyəti, hazırlanan videoçarxlar, müsabiqələr, biblioqrafik vəsaitlər haqqında geniş məlumat verib. Tədbirdə 44 günlük Vətən müharibəsində igid oğullarımızın göstərdiyi şücaətdən, şəhidlərimizin əbədi xatirəsinə həsr edilən əsərlərdən danışılıb, belə yazıların həmişə davamlı olacağı bildirilib. Xalq artisti, şəhid atası Əli Nur şəhidlərə və qazilərə göstərilən diqqət və qayğıdan danışaraq “Salam, oğlum” şeirini söyləyib. Sonda şəhid Rəcəb Məmmədovun bacısı Aytən Məmmədovanın ilk fərdi yaradıcılıq sərgisinə baxış keçirilib.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür