Xalq yazıçısı İlyas Əfəndiyevin 1960-cı ildə yazdığı məşhur “Körpüsalanlar” romanı Azərbaycan ədəbiyyatında hadisəyə çevrilmiş, haqqında onlarla məqalə yazılmış, qızğın ədəbi müzakirələrə səbəb olmuşdur. Həmin dövrdən etibarən novatorluğuna, səmimiliyinə, yüksək bədii-estetik səviyyəsinə görə oxucuların sevə-sevə oxuduqları bu romana maraq azalmamışdır. Əsər dəfələrlə yüksək tirajlarla nəşr olunub, ekranlaşdırılıb, səhnələşdirilib, bir çox xarici dillərə tərcümə edilib.
Senet.az xəbər verir ki, bu günlərdə İstanbulun “Zengin Yayıncılık” nəşriyyatı Mədəniyyət Nazirliyinin layihəsinə uyğun olaraq “Körpüsalanlar” romanını alman dilində nəşr edib. Nəfis şəkildə çap edilmiş kitabda ədibin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.
Əsəri alman dilinə Yeliz Geçici çevirib. Rəssam Kaya Oralın tərtibatı ilə nəşr olunmuş kitabın redaktoru Yunger Kieldir.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür