Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Köşk” adlı tammetrajlı bədii filminin çəkilişlərinə başlanılmışdır.
Filmin süjet xətti müharibədə öz torpaqlarını, sevdiklərini və evlərini itirmiş iki gəncin, azərbaycanlı Azər və gürcü qızı Leylanın arasındakı sevgi əhvalatından bəhs edir.
Romantik komediya janrında olan filmin ssenari müəllifləri İmir Məmmədli, Mirsadıq Ağazadə, quruluşçu rejissoru Mirsadıq Ağazadə, quruluşçu operatorları Elxan Rüstəmov, Ruslan Ağazadə, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı Rauf Əliyev, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Sənan Əlləz, Nini İaşvili, Zaza Asanişvili, Kamran Şahmərdan və digərləri canlandırırlar.
[gallery ids="15883,15884,15881,15880,15879,15882"]Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür