"Kinomaniya" layihəsində oxuculara dünya kinosunun ən məşhur nümunələrini təqdim edəcəyik.
Layihədə film icmalları, analitik yazılar, eksklüziv müsahibələr, kino tarixindən qeyri-adi faktlar və tematik videolar təqdim olunacaq. Kinomaniya həm peşəkar kinosevərlər, həm də sadəcə yaxşı film axtaran izləyicilər üçün etibarlı və kreativ mənbədir.
Layihə kino mədəniyyətini daha geniş kütləyə tanıtmağı, gənclər arasında kinoya marağı artırmağı və tamaşaçını keyfiyyətli ekran əsərləri ilə tanış etməyi hədəfləyir.
14 oktyabr 1994-cü ildə hələ kino yolunun əvvəlində olan ssenarist və rejissor Kventin Tarantinonun — arxasında yalnız “Qəzəbli köpəklər” filmi olan gənc yaradıcı şəxsin — “Kinematoqrafik Çör-çöp” filmi dünya prokatına çıxdı. Əslində, onun debütü o qədər istedadlı və parlaq alınmışdı ki, gənc kino ustası barədə sənaye içində danışmağa başlamışdılar, lakin hələ bütün dünya onu tanımırdı. Situasiyanı rejissorun ikinci tammetrajlı işi dəyişdi — bu filmin premyerası 47-ci Kann Kino Festivalında baş tutdu.

Elə oradan da filmin möhtəşəm yürüşü başladı. Ekrana çıxmasının ildönümü münasibətilə kino tənqidçisi Elena Zarxina onun yaradılmasından və təsirindən bəhs edir.
Geniş yayılan bir məşhur lətifə var ki, bəzən hətta gerçək hadisə kimi təqdim olunur. Guya hansısa kino tənqidçisi müsahibə zamanı Tarantinoya demişdi: “Kventin, siz hələ də ‘Kinematoqrafik Çör-çöp’dən yaxşı heç nə çəkməmisiniz.” Tarantino isə cavab vermişdi: “Bəs kim çəkib?” Rejissorun özü bu zarafatı ilk dəfə Anton Dolinlə söhbətində eşidib səmimi şəkildə gülmüş, amma dəqiqləşdirmişdi ki, həmin filmi karyerasının ən yaxşı işi saymır.
Görünür, kino yaradıcıları üçün belə yanaşma — yəni ən yaxşı işinin hələ qarşıda olması düşüncəsi — ən doğru olanıdır. Əks halda, zirvəyə çatdıqdan sonra səni gözləyən tək yol — geriyə və aşağıya doğru ola bilər. Amma faktdır ki, “Kinematoqrafik Çör-çöp” kino tarixinin mühüm hissəsinə çevrilib, janra, kino dilinə və müəllif kinosu ilə keyfiyyətli kommersiya kinosunun birləşməsinə ciddi təsir göstərib. Gəlin, Tarantinonun bunu necə bacardığını araşdıraq.
Hər bir Tarantino filminin əsas xüsusiyyətlərindən biri — onun özünəməxsus yumoru və ssenarinin böyük hissəsini tutan parlaq dialoqlardır. Lakin həm debüt işi “Qəzəbli köpəklər”, həm də ardınca gələn “Kinematoqrafik Çör-çöp”ün mühüm özəlliklərindən biri qırıq, yəni parçalı quruluşudur. Fransanın “yeni dalğa” rejissorlarını izləyən Tarantino xronoloji ardıcıllıqdan imtina etmiş, səhnələri yerlərini dəyişərək hadisələrin axışını pozmuşdu. Mahiyyətcə, “Kinematoqrafik Çör-çöp” elə başladığı yerdə də bitir.

Ucuz pulp-jurnallardan ilhamlanan film bir neçə ayrı-ayrı maraqlı hekayədən ibarətdir. Ümumilikdə altı hekayə var, lakin onlardan yalnız üçü müstəqil ad daşıyır. Bunlar: aşiq bir cütlüyün kafenin soyğununda iştirak etdiyi xətt (“Bonni ilə bağlı vəziyyət”), iki daim söhbət edən, ardıcıl adrenalın dolu macəralar yaşayan gangsterlərin hekayəsi (“Vinsent Veya və Marselləs Uollesin arvadı”) və bədbəxt, amma vicdanlı boksçunun hekayəsi (“Qızıl saatlar”)dır. Filmin sonunda bütün bu süjet xətləri bir nöqtədə birləşir və qəhrəmanların hamısı eyni film dünyasının bütöv hissəsi olur.
Eyni zamanda, kino həvəskarı Tarantino başqa layihələrdən bəzi ifadələri çəkinmədən mənimsəyirdi. Məşhur Cekson monoloqu — peyğəmbər İezekielin kitabındakı 25:17 ayəsinə istinad edən mətn — əslində 1973-cü ilin yapon döyüş filmi “Kiba – Mühafizəçi”ndən gətirilmiş sitatla tamamlanır. Həmin filmdə Tarantinonun sevimli aktyorlarından biri — Sonni Çiba çəkilmişdi. Amma bunlarla kifayətlənmir. Mia Uollesin dozadan artıq narkotik qəbul etməsi və onun ürəyinə adrenalin iynəsi vurulduqdan sonra həyata qayıtması xətti demək olar ki, Martin Skorsezenin “Amerikalı oğlan” sənədli filmində danışılan real hekayəni sözbəsöz təkrarlayır. Travolta və Turmanın qəhrəmanlarının rəqsi isə Qodarın 1964-cü ildə çəkdiyi “Kənarçılar dəstəsi” filmindəki analoji səhnəyə birbaşa göndərmədir.
Maraqlıdır ki, əsas üç süjet xəttindən ilk ikisini Tarantino hələ “Qəzəbli köpəklər” üzərində işləməmişdən əvvəl yazmışdı. Yalnız filmin uğuru və Toni Skottun ssenarisini yazdığı “Həqiqi sevgi”nin ekrana çıxmasından sonra Tarantino “Kinematoqrafik Çör-çöp”ə qayıtmağa qərar verərək fikrini tammetrajlı filmə çevirdi.
Bu ideyanı həyata keçirmək üçün Tarantino çox güclü aktyor heyəti topladı, baxmayaraq ki, bu heyət tamamilə başqa cür də ola bilərdi. Məsələn, “təmizləyici” mister Vulf obrazı birbaşa Harvi Keytel üçün yazılmışdı. Elə Keytel özü “Qəzəbli köpəklər”in böyük pərəstişkarı olan Bryus Uillisi layihəyə gətirmişdi. Qeyd etmək yerinə düşər ki, Keytel buna bənzər obrazı daha əvvəl “Dönüş yoxdur” filmində — fransız “Nikita”sının remeykində — canlandırmışdı.
Uma Turman isə əvvəlcə Mia Uolles rolunu rədd etmişdi. Lakin Tarantino onu filmə çəkməyi o qədər çox istəyirdi ki, son addım ataraq aktrisaya şəxsən zəng edib bütün ssenarini telefonla oxumuş, rolun bütün detalları barədə danışmışdı. Turman bu inadkarlığa tab gətirməmiş və razılıq vermişdi.
Semyuel L. Cekson öz rolunu az qala itirmək üzrə idi. O, yaxşı sınaqlar vermişdi, lakin Culs obrazına ikinci namizəd — Pol Kalderon — kastinq zamanı Tarantinonu çox təsirləndirmişdi. Rolunu itirməkdən qorxan Cekson təcili olaraq Los-Ancelesə uçub sınaqlardan yenidən keçmişdi. Nəticədə Culs rolu ona qismət oldu, Kalderon isə Pol adlı ikinci dərəcəli personajı oynadı.
Vinsent Veya rolunu isə xoş bir təsadüf nəticəsində Con Travolta aldı. Əslində bu personajı Tarantinonun sevimli aktyoru Maykl Medsen canlandırmalı idi, lakin o, artıq başqa bir layihə ilə müqavilə imzalamışdı və şərtləri poza bilməzdi. Eyni zamanda, kastinqdən keçən, lakin Travoltaya uduzan Daniel Dey-Lyuis də bu rolu əldə edə bilmədi.
Senet.az
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür