Dekabrın 30-da ölkəmizi dəfələrlə xaricdə təmsil etmiş, tanınmış rəssam Lalə Ağayevanın Bakıda növbəti rəsm sərgisi açılacaq.
“Yuxu” adlanan sərgiyə giriş sərbəstdir.
Daha çox abstrakt və sürrealist üslubda rəsmlər çəkən L.Ağayevanın ilk sərgisi 2000-ci ildə keçirilib. Rəssam 100-ə yaxın diplom və sertifikatlara layiq görülüb. Bundan başqa, əsərləri muzey və qalereyalarda nümayiş olunub. Ölkəmizi “World Art Games” da təmsil edib, diplom və kataloqla təltif olunub.
Lalə Ağayeva 2003-cü ildən Azərbaycan Rəssamlar İttifaqının, 2005-ci ildən Gürcüstan və Azərbaycan Assosiasiyasının, 2005-ildən isə “Uluslararası Aktivist Sanatçılar” Birliyinin üzvüdür.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür