senetaz

Həsən Əliyev 80 D

09 Sentyabr 2016 254

Lənkəran teatrı beynəlxalq festivalda

Lənkəran teatrı beynəlxalq festivalda

images

Lənkəran teatrı İranda keçiriləcək Beynəlxalq teatr festivalında iştirak edəcək.

Sentyabrın 17-dən 19-na kimi İranın Rəşt şəhərində IX ənənəvi Beynəlxalq Meydan Teatr Festivalı keçiriləcək. Mədəniyyət və Turizm nazirliyindəndən Senet.az saytına verilən məlumata görə, sənət yarışmasında Azərbaycanı Lənkəran Dövlət Dram Teatrı təmsil edəcək.Kollektiv festivala Üzeyir Hacıbəyovun felyeton və pamfletləri əsasında hazırlanmış tamaşa ilə qatılacaq.