
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Muzey və sərgi zalında “Leyli və Məcnun” marionet tamaşasının dekorasiya və kuklalarının sərgisinin açılışı mərasimi keçirilib.
Tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev nitqlə çıxış edərək qurumun əsas məqsədinin xalqda milli dəyərlərə bağlılığı qoruyub saxlamaq,mədəni irsimizi yaşadıb gələcək nəsillərə ötürməkdən ibarət olduğunu vurğulayıb.
Marionet Teatrı 2011-ci ildən başlayaraq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərir. Teatrın ifasında Ü.Hacıbəylinin “Arşın mal alan” operettası artıq dəfələrlə tamaşaya qoyulub.
Hal-hazırda İdarə tərəfindən Marionet Teatrının üçmərtəbəli binasının bərpası davam etdirilir və işlərin ilin sonuna qədər başa çatdırılması planlaşdırılır. Sərginin başa çatdırılmasından sonra “Leyli və Məcnun” marionet tamaşasının məşqləri başlanacaq və həmin tamaşa “Arşın mal alan” tamaşası ilə yanaşı səhnəlişdiriləcəkdir.
Sərgi mayın 29-dan iyulun 1-ə kimi davam etdiriləcək. Sərgiyə giriş pulsuzdur
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür