senetaz

Həsən Əliyev 80 D

05 Dekabr 2016 249

“Leyli və Məcnun” Gənc Tamaşaçılar Teatrında

 “Leyli və Məcnun” Gənc Tamaşaçılar Teatrında

ley

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın premyerası baş tutub.

 Teatrın mətbuat xidmətindən Senet.az-a verilən məlumata görə, Məhəmməd Füzulinin “Leyli və Məcnun” poeması əsasında ilk dəfə olaraq dramatik janrda hazırlanan eyni adlı səhnə əsəri tamaşaçılara təqdim olunub. Quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov olan tamaşanın musiqi tərtibatçısı Kamil İsmayılov, məsləhətçisi İlqar Fəhmi, döyüşlərin quruluşçusu İsa Əsədovdur.

 50-dən artıq aktyorun iştirak etdiyi yeni səhnə əsərində əsas obrazları əməkdar artistlər Naibə Allahverdiyeva, Leyli Vəliyeva, Elşən Rüstəmov, aktyorlar Rövşən Abbasov, Rəşad Səfərov, Mehriban Abdullayeva, Mehriban Hüseynova, Sevinc Mehrəliyeva, Zemfira Əbdülsəmədova, Bəhram Həsənov və başqaları ifa ediblər.