
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun və Azərbaycan icmasının birgə təşkilatçılığı ilə Los-Ancelesdə “Azərbaycan kinosu gecəsi” adlı layihəyə start verilib. Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan Senet.az-a verilən məlumata görə layihə müddətində, müntəzəm olaraq Azərbaycan kino sənətinin nümunələri Los-Ancelesdə nümayişi planlaşdırılır. İşin icrası kimi ilk nümayiş sentyabrın 2-də keçirilib. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunda keçirilən tədbirdə Elçin Musaoğlunun ssenarisi və rejissorluğu əsasında 2009-cu ildə çəkilən, bir neçə beynəlxalq mükafata layiq görülən “40-cı qapı” filmi nümayiş etdirilib. Tədbirin açılışında çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev qeyd edib ki, Azərbaycan icması ilə birgə başladılan bu yeni layihəyə Baş Konsulluq dəstəyini davam etdirəcək.
[gallery columns="4" ids="16324,16323,16322,16321,16320,16319"]
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür