Xalq Yazıçısı Elçinin məşhur “Mahmud və Məryəm” romanı bir çox xarici dillərdə nəşr edilib, ekranlaşdırılıb və müxtəlif teatrlarda dəfələrlə səhnələşdirilib.
Senet.az xəbər verir ki, bu günlərdə Berlinin nüfuzlu “E Vintervork” nəşriyyatı “Mahmud və Məryəm” romanını alman dilində nəfis şəkildə nəşr edib.
Qeyd etmək lazımdır ki, son illərdə Elçinin yaradıcılığı Almaniyada xüsusi maraq doğurub. “Mahmud və Məryəm”dən başqa, ədibin “Ağ dəvə”, “Baş” romanları da çap olunaraq alman oxucularına təqdim edilib, hekayələri mətbuatda işıq üzü görüb.
“Mahmud və Məryəm”in yeni nəşri həmin romanın Almaniyada üçüncü nəşri, ümumilikdə isə Xalq Yazıçısının bu ölkədə çapdan çıxmış beşinci kitabıdır.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür