senetaz

Həsən Əliyev 80 D

02 Mart 2015 294

Mais Təmkin. Şeirlər

Mais Təmkin. Şeirlər

maisDərdimin Nəşəm qəmdən aşağıdır, Üzümdəki yaş, ağıdır. Gözlərimdən yaş axıdır, Yoxdur həyası- dərdimin. Tükənməyir, yetmir sona, Vərdiş edib, qəlbə qona. Gündə girir dondan-dona, Mindi boyası,-dərdimin. Hay verən yoxdur səsimə, Nə zilimə, nə pəsimə. Necə qıyım özgəsinə, Özüm geyəsi dərdimi? Pəl qatır, xoş diləyimə, Hopub qana, iliyimə. Neştər olub ürəyimə Batır tiyəsi dərdimin. Könül sızlar, hər gün, hər ay, Bir kimsədən gəlməz haray. Ürəklərdə qurub saray, Üzdə dəyəsi*- dərdimin. Andıra qalmış birdimi? Dərdim açılmaz sirdimi? Mən belə dərd istəmirəm, Gəlib aparsın dərdini, Kimdi yiyəsi- DƏRDİMin!!! 26.02.2015 Yayanam indi Bir zamanlar gizlədirdim eşqimi, Car çəkib dünyaya yayanam indi. Ya gərək yar mənim odumu ala, Mən onsuz alışıb, ya yanam- indi. Ürəyini gözlərindən oxudum, Tanrının da ilk kəlamı ,,oxu"du. Kipriklər bağrımı yaran oxudu, Qaşların düşünüb, yay anam indi. Qəm əlindən canım dağa sər alıb, Qartal gedib, bu dağları sar alıb. Ömrümün baharı solub-saralıb, Qışı buz bağlayıb, yayı nəm indi. İtirmişəm çəməndəki ahunu, Qəm çəkməzdim, kaş tapaydım, ah, onu! Sərgərdan oğulun qəmli ahını, Car çəkib, dağlara yay, anam, indi. Mais, yarın gündə əyir qəddi -min, Əyən zaman əyilməzmi qədd, de, min? Əyilib qamati çinar qəddimin, Ya gərək yandıram, ya yonam indi. Yoxdur Bu həyatda ürəyincə, Bir üzünə gülən yoxdur. Ürəyindən keçənləri Duyan yoxdur, bilən yoxdur. Büdrəyəsən, yıxılasan, Ağrılardan ,,yuxulasan," Yalqızlıqdan sıxılasan, Yoluxmağa gələn yoxdur. Könül haldan-hala düşür, Üzündə qəmlər gülüşür. Yetən sənnən dərd bölüşür, Sevincini bölən yoxdur. Ürək yanır, gözün dolur, Üz qırışır, rəngin solur. Hamı sənə qurban olur, Səndən ötrü ölən yoxdur. 24.01.2015   *** Sənin həsrətinə ağlamadım ki... Səni ümidimə çox bələdim mən, Sənə qovuşmağı hey dilədim men... Gözümlə arxanca su çilədim mən, Sənin həsrətinə ağlamadım ki.... Sanki daş yerinə qoyub dərdimi, Dedim: damla-damla oyum- dərdimi. Dərdimin dərdinə qıyıb dərdimi Sənin həsrətinə ağlamadım ki?... Fələk yanağımda göz yaşı qoydu, Məni öz qəmimlə yanaşı qoydu. Gündüzüm gecəmə başdaşı qoydu, Sənin həsrətinə ağlamadım ki?!... Sevincim ağladı gülən günümə, Bu günüm daş atdi, gələn günümə. Sənin toyun düşdü ölən günümə, Sənin həsrətinə ağlamadım ki... Sənin həsrətinə ağlamadım ki?!!...