
“Ulduz” jurnalının may nömrəsi çapdan çıxıb. Jurnalın bu nömrəsi şair Elxan Zalın “May tezisləri” adlı ekspert yazısı ilə açılır. Bununla yana jurnalda “Şeir vaxtı”, “Debüt”, “Hücrə”, “Tərcümə saatı” rubrikaları da yer alıb.
Məti Osmanoğlunun “Vaqif Bəhmənli ilə görüşdən antireportaj”ı, filologiya elmləri doktoru, professor Buludxan Xəlilovun “Bəxtiyar Vahabzadənin pedaqoji görüşləri: müəllim həssaslığı, gənclərə qayğı” məqaləsi də oxucular üçün maraqlı olacaq.
Nəşrin bu nömrəsində Firuz Mustafanın “Marian çökəkliyi” pyesi, Zərifə Əliqızının, Kamran Nəzirlinin, Şəhriyyə Qəzənfərqızının hekayələri, iranlı mühacirlər ədəbi birliyi üzvlərinin şeirləri də yer alıb.
“Ulduz”un ənənəvi “Dərgidə kitab” layihəsinin budəfəki qonağı isə Mübariz Örəndir.
Jurnalın abunəçiləri və alıcıları Novruz Nəcəfoğlunun “Bir mən oyaqdım” hekayələr kitabını və Elçin İsgəndərzadənin 50 yaşı münasibətilə buraxılmış şeirlərindən ibarət CD diskini hədiyyə kimi əldə edə bilərlər.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür