Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun əmri ilə Həsənov Qalib Şamil oğlu Mədəniyyət Nazirliyinin Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Senet.az xəbər verir ki, Qalib Həsənov 1974-cü ildə Ağcabədi rayonunda anadan olub. 1995-ci ildə Azərbaycan Universitetinin “Beynəlxalq iqtisadi əlaqələr” ixtisası üzrə bakalavr, 1999-cu ildə isə “Beynəlxalq iqtisadi munasibətlər” ixtisası üzrə magistr pilləsini bitirib. 1997-ci ildə Pakistan İslam Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən İslamabad şəhərində təşkil edilmiş “Diplomatik kurs”da, 1998-ci ildə Koreya İnkişaf Agentliyi tərəfindən təşkil edilmiş “Bazar iqtisadiyyati, Koreyanın inkişaf təcrübəsi”, 1999-cu ildə Oksford və Birminqam universitetlərinin Budapeşt şəhərində birgə təşkil etdiyi “Ticarət Diplomatiyası” kurslarında iştirak edib. Əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində başlayıb. 1999-2000-ci illərdə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Səfirliyində III katib, II katib, 2000-2004-cü illərdə Azərbaycan Republikasının İstanbul şəhərindəki Baş Konsulluğunda vitse-konsul, konsul, 2004-2009-cu illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində şöbə müdiri, 2009-2010-cu illərdə Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyində müşavir, 2010-2013-cü illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində şöbə müdiri, 2013-2017-ci illərdə Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyində müşavir vəzifəsində çalışıb. Birinci dərəcəli müşavir diplomatik rütbəsinə malikdir.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür