2017-ci il yanvarın 11-12-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında SSRİ Xalq Artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti nümayiş etdiriləcək. Əsərin dünya premyerası da 1961-ci il martın 23-də məhz bu teatrda reallaşıb.
Senet.az teatrın saytına istinadla xəbər verir ki, yanvarın 11-də səhnə əsərində Fərhad obrazını həmvətənimiz Timur Əsgərov ifa edəcək.
Qeyd edək ki, Timur Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib. O, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərən T.Əsgərov Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür