Azərbaycan Yaradıcılıq Fondunun nəzdində fəaliyyət göstərən “Sönməyən ulduzlar” teatrı yeni mövsümü sentyabrın 5-də açacaq.
Mədəniyyət və Turizm Nazirliyindən Senet.az-a verilən məlumata görə, teatrda yazıçı Marat Haqverdiyevin “Məhəbbət və şeytan” əsəri tamaşaya hazırlanacaq. Tamaşanın quruluşçu rejissoru Yusif Əkbərovdur. Rolları əməkdar artistlər Raziyə Şirinova, Firuz Xudaverdiyev, Şükufə Musayeva, Əməkdar Mədəniyyət İşçisi Rafiq Kaşanlı, aktyor Məmməd Əliyev və başqaları ifa edəcəklər.
Marat Haqverdiyevin bu əsəri uzun illər əvvəl Gənc Tamaşaçılar Teatrında “Məhəbbət, şeytan, lambada” adı ilə səhnəyə qoyulub.
“Sönməyən ulduzlar” teatrında əsasən qocaman sənət adamları çıxış edirlər. Teatrın bədii rəhbəri Rafiq Kaşanlıdır.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür