Bir müddət öncə iranlı rejissor Məcid Məcidinin “Məhəmməd” filminin premyerası olub. Filmdə Məhəmməd peyğəmbərin həyatı təsvir olunur. Peyğəmbərin uşaqlığı göstərilir. Bu da bəzi müsəlman dövlətlərinin etirazına səbəb olub. Filmin nümayişi bəzi ölkələrdə qadağan olunub. Bəs Azərbaycanda necə film göstəriləcəkmi? Bu sualla paytaxta fəaliyyət göstərən kinoteatrlara müraciət etdik.
Nizami Kino Mərkəzinin mətbuat xidmətinin rəhbəri Arzu Əhədova belə bir qadağanın olmadığını bildirib: “Biz filmləri distribütorlardan alırıq. Birgə çalışdığımız bir neçə şirkət var. Hələki, onlar bizə bu filmi təklif etməyiblər. Ona görə də bu barədə dəqiq nəsə deyə bilməyəcəyəm. Ancaq filmlə bağlı heç bir qadağa yoxdur. Film distribütor tərəfindən bizə təklif olunsun, ondan sonra seçim edə bilərik. Burada əsas şərtlərdən biri də filmin hansı dildə olması, onun dublyaj olunub-olunmamağıdır”.
“Park Cinema”–nın sözçüsü Sənan Ağayev də filmi hələ almadıqlarını bildiriblər: “Biz filmləri MDB nümayəndəliyindən alırıq. Ancaq bizim distribütorlarımız bizə bu filmi göndərməyiblər. Filmi aldıqdan sonra ilk olaraq özümüz baxırıq. Onun Azərbaycan tamaşaçı auditoriyasına uyğun olub-olmadığını müəyyənləşdiririk. “Məhəmməd” filmi də bu prosedurlardan keçəcək. Ancaq onu da qeyd edim ki, bu festival filmidir. Festival filmləri də Avropanın ancaq bir neçə şəhərlərində nümayiş olunur. Kütləvi yayımı həyata keçirilmir. Ona görə də filmin bizə gəlib-gəlməyəcəyini dəqiq demək olmur”.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür