
Aytəkin QARDAŞOVA
Günahkar sən oldun, ya mən,
bilmədim...
Axı səssizliyin nəyə gərəkdir?
Nə sevdin, nə də dost ola
bilmədin,
Günahkar bəlkə də
sükunətindir.
Bir həzin, bir soyuq qış
səhərində,
Yazıram buludlar mənə
ağlayır. Sənin səsin sandım yan
pəncərədə,
Demə pəncərəni külək
bağlayır..
Keçir xəyalımdan sənli
günlərim.
Səfərdən yorulmuş bir karvan kimi,
Öndə sən, arxanda
düşüncələrim,
Salmısan önünə bir sarvan
kimi..
Əvvəldən o qədər səmimi
oldun,
Bilmədim zəhərli ilan
imişsən.
Söylə hara getdin, niyə yox
oldun??
Vardan yoxa qədər yalan
imişsən.
Sən bilə bilmədin
sədaqətimi,
Əydin vüqarımı, dillərə
saldın,
Duymaq istəmədin
məhəbbətimi,
Gedərkən onu da yanına
aldın..
***
Dənizin gözlərində
günəş qüruba enib.
Solub rəngi dənizin,
kirpikləri nəmlənib.
Bu gün gördüklərini
yükləyir sətirlərə.
Mavi məktublarını
ünvanlayır sahilə.
Yazır neçə ürəyin
dostudur, sirdaşıdır.
Atılan üzüklərin
paslanmayan daşıdır.
Dənizin dərdi bitmir,
o yazdıqca çoxalır.
Axan göz yaşlarımı
bu dənizi daşdırır..??
Məktubun arasına
saçından tel ayırır,
Xırçın dalğalarının
şux belində yollayır.
Ötüb keçən üz tutub
bir söz atır dənizə.
Sanki günahın yuyur,
adı çıxır təmizə..
Dənizin dərd əlindən
olubdu gözü qara,
Adamı yoldan edir,
aparır uzaqlara…
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür