senetaz

Həsən Əliyev 80 D

11 Noyabr 2015 233

Məşhur cazmen Bakıda pulsuz konsert verəcək

Məşhur cazmen Bakıda pulsuz konsert verəcək

striv 14 - 18 noyabr tarixlərində məşhur cazmen Qabrielle Stravelli Azərbaycanda konsert proqramı ilə çıxış edəcək. ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı məlumata görə, xanım ifaçı və onun qrupu müxtəlif açıq konsertlər verəcək və yerli musiqiçilər üçün ustad dərsləri keçirəcək. Q.Stravelli noyabrın 16-da Xəzər Universitetində konsert verəcək, noyabrın 17-də Milli İncəsənət Muzeyi ilə tanış olacaq və orada konsert verəcək, noyabrın 18-də isə YARAT Müasir İncəsənət Məkanında Amerika Caz Musiqisinin tarixi mövzusunda təqdimatda iştirak edib sonra elə buradaca konsert verəcək. Bütün konsert proqramlarına giriş pulsuzdur və geniş ictimaiyyət üçün açıqdır.