Dünyaca məşhur rejissor, aktyor və ssenarist, əslən azərbaycanlı olan Fərəcullah Sələhşur 63 yaşında vəfat edib.
F. Sələhşurun bu gün səhər saatlarında ağ ciyər xərçəngi ilə bağlı müalicə aldığı xəstəxanada dünyasını dəyişdiyi bildirilir.
F. Sələhşur 3 noyabr 1952-ci ildə İranın Qəzvin şəhərində anadan olub.
F. Sələhşur məşhur “Həzrət Yusif” filminin ssenari müəllifi və baş rejissoru olub. Həmin serial 7 ilə çəkilib.
Bundan başqa o, "Əshabi- Kəf" serialının rejissoru olub. Kino həyatına 1983-cü ildə "Nasuh Tövbə" filmində aktyor kimi başlayan F.Sələhşurun rejissor, ssenarist və ya aktyor olaraq aşağıdakı filmlərin çəkilişlərində iştirak edib:
"Posux" (1986), "Gecə uçmaq" (1987), "İnsan və silah" (1989), "Həzrəti Eyyub" (1994), "Kəlləmayallaq Dünya" (1998), "Əshabi- Kəf"(1998), "Həzrəti Yusif" (2008)
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür