Avstraliyalı sənətçi Stelark qoluna üçüncü qulaq əlavə edib. Sənətsevərlər onun qolundakı qulağı möhtəşəm olduğunu deyiblər. Sterlak mətbuata açıqlamasında 1996-cı ildən bu proyekt üzərində çalışdığını deyib. O, qoluna yerləşdirdiyi qulağına wi-fi vasitəsilə mikrofon yerləşdirməyi planlaşdırır. Beləliklə, Sterlakın eşitdiyi hər şeyi internet vasitəsilə insanlar da eşidə biləcəklər.
Sterlak qulağı ilə bağlı bunları deyib: “Bu qulaq mənim üçün deyil. Mənim iki qulağım mənə bəs edir. Üçüncü qulağım vasitəsilə eşitdiyim hər şeyi insanlarla bölüşəcəyəm. Onlar internet vasitəsilə mənim qulağımın eşitdiyi səsləri eşidə biləcəklər”.
Stelarkın üçüncü qulağı sənət çevrələrində böyük marağa səbəb olub. Plastik əməliyyat vasitəsilə yerləşdirilmiş qulaq, artıq bədənə uyğunlaşa bilib və bədənin bir hissəsi kimi fəaliyyət göstərir.
Qeyd edək ki, Sterlak bundan əvvəl özünü sərgi salonunda qarmaqlardan asmışdı. O, bu vasitə ilə tamaşaçıların münasibətini, ona qarşı verdiyi reaksiyaları öyrənmək istədiyini bildirib.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür