Aşık Veysəlin həyatından danışılan “Uzun, incə yol” adlı filmin çəkilişlərinin 25 avqustda başlanması planlaşdırılır.
Veysəl Şatıroğlu və ya Aşık Veysəlin nəvəsi Yeliz Şatıroğlu bu filmdə öz nənəsi rolunda oynayacaq. Kənan İşığın rejissorluq etdiyi “Cimri” adlı tamaşa üçün səhnədə olan Aşıq Veysəlin nəvəsi aktrisa Yeliz Şatıroğlu babası haqqında düşünülən film proyekti üçün həyəcanlı olduğunu deyib.
Yeliz Şatıroğlu babasının həyatından danışan filmdə rol oynamaqdan çox məmnun olacağını bildirərək “Belə bir film proyekti var. Keçən il avqust ayında çəkilməsi planlaşdırılırdı, amma bəzi səbəblərdən bu proyekt bu ilin avqust ayına qədər təxirə salındı. Komanda və ssenari hazırdı. Avqust ayını maraqla, həyəcanla gözləyirəm. Bu, avtobioqrafik olmaqdan əlavə həm də bir sevgi filmi olacaq. Filmin adının “Uzun incə yol” olması planlaşdırılır.
Film babamın məşhur olmasından əvvəlki həyatından danışır. 30-40 yaş arasında olan macəraları əsas mövzudur. Ssenarini ailədəki hamı bir-bir oxuyub bəyəndi. Ailəmizdə musiqi ilə məşğul olan çox adam var, amma teatr sahəsində bircə mənəm. Tezliklə çəkilişlərin başlamasını istəyirəm” – deyib.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür