İyunun 21-də Rusiya Dövlət Kreml Sarayında dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baleti nümayiş etdiriləcək.
“Kreml Baleti” Teatrının təqdim edəcəyi tamaşanın quruluşçu xoreoqrafı Rusiyanın Xalq Artisti Andrey Petrov, rəssamı SSRİ Xalq Rəssamı, akademik Tahir Salahovdur.
Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə səhnələşdirilən tamaşa “Kreml Baleti”nin ifasında artıq uzun illərdir ki, təkcə Rusiyanın deyil, digər ölkələrin səhnələrində də uğurla nümayiş etdirilir. Bu, dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baletinin Rusiyada ilk səhnə quruluşudur.
Tamaşa “Orfey” simfonik orkestrinin müşayiəti ilə nümayiş etdiriləcək.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür